Ukraynada Rusiya xüsusi xidmət agentləri saxlanıldı

Ukraynada Rusiya xüsusi xidmət agentləri saxlanıldı
17:12 22 Mart 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynada Rusiya xüsusi xidmət orqanlarının 9 agenti saxlanılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Tkaçuk bildirib.

Onun sözlərinə görə, şəbəkənin zərərləşdirilməsi əməliyyatında nazirlik əməkdaşları və xüsusi təyinatlı "Alfa" döyüşçüləri iştirak ediblər. Tkaçuk saxlanılan rus agentlərinin Ukraynanın cənub-şərqində fəaliyyət göstərdiklərini deyib.

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri qeyd edib ki, saxlanılanlar Ukraynanın cənubunda təxribat və terror aktı hazırlığı görüblər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR