Ermənilər işğal altında olan ərazimizdə hərbi təlim keçir

Ermənilər işğal altında olan ərazimizdə hərbi təlim keçir
17:19 22 Mart 2017
135 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan silahlı qüvvələri Ağdamın işğal altında olan yaşayış məntəqələrində növbəti hərbi təlimlərə başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, “Uzundərə” adlanan ərazidə keçirilən təlimlərdə  ağır artilleriya qurğularından istifadə edilir.

Ağdamın cəbhəyanı kəndlərinin sakinləri bildiriblər ki, günün birinci yarısından başlayaraq işğal altında olan ərazilərdə güclü partlayış səsləri də eşidilir.

 

 

Cəbhəyanı kəndlərdən partlayış zamanı yaranan toz-duman aydın görünür.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270380

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR