Gec yaşda ana olmaq daha məqsədəuyğundur

Danimarkanın Orxus Universitetinin mütəxəssisləri aparılan tədqiqatlar nəticəsində maraqlı faktla qarşılaşıb.

Nəticələrə əsasən, gec yaşda ana olanlarda analıq hissinin daha yüksək olduğu ortaya çıxıb. Tədqiqata cəlb edilən 4741 ananın nisbətən erkən yaşda ana olanlardan fərqli olaraq, uşaq tərbiyəsində daha bacarıqlı olduğu sübut olunub. Gec yaşda hamiləlik qadınlarda doğuşu yüksək risk altına atır, uşaqlarda fiziki qüsurlara belə gətirib çıxara bilir. Belə qadınlar övladlarını daha az danlayır, onlara qayğı ilə yanaşırlar. Bu isə uşaqların gələcəkdə sosiallaşmasına yardım edir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR