Koalisiya gücləri zərbə endirdi - Yüzlərlə dinc sakin öldü

Koalisiya gücləri zərbə endirdi - Yüzlərlə dinc sakin öldü
17:52 22 Mart 2017
119 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada Rakka şəhərinin yaxınlığında yerləşən köhnə məktəb binalarından birinə ABŞ-ın rəhbərlik etdiyi koalisiya gücləri tərəfindən endirilən aviazərbələr nəticəsində yüzlərlə dinc sakin həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Anadolu agentliyi yerli mənbələrə istinadən xəbər verib ki, aviazərbələr qaçqınların olduğu köhnə məktəb binasına endirilib.

Mənbələrin məlumatına görə, zərbə məktəb binasına martın 20-də endirilib. 50 ailənin aviazərbələrin altında qaldığı bildirilir. Məlumata görə, ölənlərin arasında qadınlar və uşaqlar da var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR