“Ərdoğanın bir tükünə zərər gələrsə, nə Avropa, nə də ABŞ...”

“Ərdoğanın bir tükünə zərər gələrsə, nə Avropa, nə də ABŞ...”
18:23 22 Mart 2017
167 Dünya
Ölkə mətbuatı
A- A+

“Avropa və ABŞ Türkiyənin inkişafını əngəlləməyə çalışır”.

Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi Yiğit Bulut “TRT Haber” televiziya kanalında yayımlanan “Derin Analiz” proqramında çıxışı zamanı bildirib.

Yiğit Bulut deyib ki, əgər Rəcəb Tayyib Ərdoğanın bir tükünə zərər gələrsə, nə ABŞ, nə Avropa, nə də digər coğrafiyada yaşayan insanlar rahat səhər yeməyi yeyə bilər.

ABŞ Türkiyə və digər 7 dövlətə məxsus sərnişin təyyarələrinin göyərtəsində elektron avadanlıqların buraxılmasına qadağa qoyulması məsələsinə də toxunan Yiğit Bulut bu qərarın arxasında Almaniyanın dayandığını söyləyib: “Bu qərar Angela Merkel ilə Donald Tramp arasında keçirilən görüşdən sonra qəbul edilib. Bu bir daha onu göstərir ki, sözügedən qərarın arxasında Almaniya da var”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR