Koalisiya gücləri yüzlərlə dinc sakinin həyatına SON VERDİ

Koalisiya gücləri yüzlərlə dinc sakinin həyatına SON VERDİ
18:53 22 Mart 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada Rakka şəhərinin yaxınlığında yerləşən köhnə məktəb binalarından birinə ABŞ-ın rəhbərlik etdiyi koalisiya gücləri tərəfindən endirilən aviazərbələr nəticəsində yüzlərlə dinc sakin həlak olub.

Trend-in məlumatına görə, Anadolu agentliyi yerli mənbələrə istinadən xəbər verib ki, aviazərbələr qaçqınların olduğu köhnə məktəb binasına endirilib.

Mənbələrin məlumatına görə, zərbə məktəb binasına martın 20-də endirilib. 50 ailənin aviazərbələrin altında qaldığı bildirilir. Məlumata görə, ölənlərin arasında qadınlar və uşaqlar da var.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR