Ermənistandan Avropaya nüvə maddələrinin göndərilməsi təsdiqləndi - ŞOK FAKTLAR

Ermənistandan Avropaya nüvə maddələrinin göndərilməsi təsdiqləndi - ŞOK FAKTLAR
19:08 22 Mart 2017
139 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın Energetika və Təbii Sərvətlər Nazirliyi Belarus prezidenti Aleksandr Lukaşenkonun fikirlərini təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə sensasiyalı məlumatı Ermənistanın “Armenpress” portalı yayıb.

Məlumatda deyilir ki, Ermənistanın atom elektrik stansiyasından radioaktiv maddələr yüklənən təyyarə Belarusun Qomel şəhərində yerləşən hava limanına eniş edib.

Portal yazır ki, Belarusun “JSC Aircompany Grodno” hava yollarına məxsus təyyarə 2017-ci il martın 15-də Ermənistandan yüklənən radioaktiv maddələri Xorvatiya sərhədlərinə çatdırmaq üçün Qomel şəhərinə uçub.

Ermənistanın Energetika və Təbii Sərvətlər Nazirliyi sözügedən məlumatı portala təsdiq edib.

Xatırladaq ki, bu yaxınlarda Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsi üzərindən Ermənistandan Avropaya nüvə və radioaktiv maddələrin daşındığını bəyan edib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR