İsrail Qəzzaya hücum etdi –

İsrail ordusu Qəzzanı artilleriya atəşinə tutub.

Metbuat.az bildirir ki, hücum nəticəsində 18 yaşlı Yusuf Şaban Əbu Azra dünyasını dəyişib, daha iki fələstinli isə yaralanıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kudra məlumat verib.

Yaralılar hazırda Refahdakı Əbu Nəcəf hospitalında müalicə alırlar.

İsrail dövlət qurumları məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, 2017-ci ildə İsrail ordusunun hücumları nəticəsində 20 fələstinli vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR