Quba-Xaçmaz yolunda ağır qəza - FOTOLAR

Quba-Xaçmaz yolunda ağır qəza - FOTOLAR
19:28 22 Mart 2017
239 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba-Xaçmaz yolunda avtomobil qəzası baş verib.

Publika.az xəbər verir ki, Quba-Xaçmaz yolunun 11-ci kilometrliyində "VAZ-21099" markalı, "17-BC-902" dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü, 1996-cı il təvəllüdlü Əliyev Elmar Çingiz oğlu idarəetməni itirərək yoldan kənara çıxıb.

Nəticədə sürücü ağır xəsarətlər alıb, avtomobil isə yararsız hala düşüb.

Xaçmaz MRX-nın Travmatologiya şöbəsindən verilən məlumata görə, xəstəyə qarının əzilməsi, sol dirsək oynağının qəlpəli yerini dəyişmiş sınığı, son bazunun orta 1/3-nin yerini dəyişmiş qapalı sınığı, sol qasıq oturaq sümüyünün yerini dəyişmiş qapalı sınığı diaqnozu qoyulub. Xəstənin vəziyyəti ağır olduğundan paytaxtdakı müalicə müəssisələrindən birinə yola salınacağı bildirilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar aparılır. (report)






Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/192174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR