Londonda parlament binasına hücum edilib:

Londonda insident baş verib, yaralılar var.

Metbuat.az "The Guardian"a istinadən xəbər verir ki, Londonda bir nəfər avtomobili insanların üzərinə sürüb, bir neçə nəfəri əzib və Böyük Britaniya parlamentinə yaxınlaşıb. Maşınını parlament binasının qapısına çırpan cinayətkar daha sonra bıçaqla polislərə hücum edib.

Hadisəni törədən şəxs polis tərəfindən silahla vurulub. İnsident nəticəsində 4-ü ağır olmaqla, ümümilikdə 10 nəfərin yaralandığı bildirilir.

İngiltərə polisi təhlükəsizlik tədbirlərini gücləndirib. Parlament binası ətrafındakı bütün yollar bağlanıb.

Hadisə terror aktı kimi qiymətləndirilir.







Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR