London polisi parlament binası yaxınlığında baş verən hadisəni terror kimi qiymətləndirib

London polisi parlament binası yaxınlığında baş verən hadisəni terror kimi qiymətləndirib
20:12 22 Mart 2017
109 Dünya
Ölkə mətbuatı
A- A+

London polisi parlament binası yaxınlığında baş verən hadisəni terror olayı kimi qiymətləndirib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, London polisinin "Twitter" sosial şəbəkəsindəki səhifəsində qeyd edilib.

"Sky News" telekanalı isə Vestminster körpüsündə, parlament yaxınlığında baş verən olayların əlaqəli olduğu barədə məlumat yayıb.

Məlumata görə, bir nəfər avtomobili körpü üzərindəki insanların üzərinə sürüb, bir neçə nəfəri vurub və parlamentə yaxınlaşıb. Daha sonra avtomobildən düşən şəxs parlament binası yaxınlığında bir polisi bıçaqlayıb. O, digər polislər tərəfindən güllələnərək zərərsizləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR