Londonda nə baş verib? -

Xəbər verdiyimiz kimi, Londonda Böyük Britaniya parlamentinə hücum edilib.

Metbuat.az İngiltərə mətbuatına istinadən hadisə ilə bağlı dəqiqləşən ən son məlumatları təqdim edir:

- Cinayətkar polisi bıçaqlayıb. Ardından parlamentin təhlükəsizlik kordonunda yer alan polislərdən biri hadisəni törədən şəxsə atəş açaraq onu zərərsizləşdirib.

- Əsas insident Vestminster körpüsündə baş verib. Yaralıların əksəriyyəti də məhz buradadır.

- London polisi Scotland Yard hadisənin terror aktı olduğunu açıqlayıb.

- Böyük Britaniya İcmalar Palatasının lideri Devid Lidinqton parlament binası ətrafında ciddi insident yaşandığını təsdiqləyib.

- Baş nazir Tereza Mey İcmalar palatasından xüsusi təhlükəsizlik tədbirləri nəticəsində uzaqlaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR