Cəlilabadda ağır yol qəzası:

Cəlilabadda 2 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı “VAZ-2106”, “Chevrolet” və markası hələ ki, məlum olmayan minik avtomobili toqquşub.

Hələlik ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR