"Real"ın rəqibləri bəlli oldu:

“Real”ın Beynəlxalq Çempionlar kubokundakı rəqibləri müəyyənləşib. Komandalar sırasında “Barselona”nın da adı var.

Metbuat.az-ın məlumatına görə, kral klubu 23-29 iyul tarixlərində ABŞ-da 3 oyun keçirəcək.

“Real”ın ilk rəqibi “Mançester Yunayted” olacaq. Sözügedən matç iyulun 23-də keçiriləcək. Digər iki görüş isə müvafiq olaraq, 26 iyul (“Mançester Siti” və 29 iyul (“Barselona”) tarixlərinə təsadüf edəcək.

Qeyd edək ki, əzəli rəqiblər – “Real” və “Barselona” 35 il sonra ilk dəfə İspaniya sərhədləri xaricində üz-üzə gələcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR