Hərbçilərlə ekstremistlər arasında atışma: 7 nəfər öldü

Hərbçilərlə ekstremistlər arasında atışma: 7 nəfər öldü
09:22 23 Mart 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanın şimal-qərb bölgəsində silahlılarla baş verən toqquşmada azı 2 hərbçi ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qarşıdurma Pakistan təhlükəsizik qüvvələri  Orakzay bölgəsində əməliyyat keçirərkən qeydə alınıb.
 
Məlumata görə, baş vermiş atışma nəticəsində 5 silahlı məhv edilib.
 
Pakistan təhlükəsizlik qüvvələri fevral ayından etibarən ölkədə fəaliyyət göstərən ekstremist qruplaşmalara qarşı əməliyyat keçirir.  
 
Xatırladaq ki, fevralın 16-da Pakistanın Sind əyalətində məsciddə törədilmiş terror aktı nəticəsində 88 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR