Dünyanın ilk satıcısız dükanı fəaliyyətə başladı

Şanxayda dünyada ilk dəfə "24/7" adlı satıcısız dükan fəaliyyətə başlayıb.

Metbuat.az bildirir ki, test sistemi ilə işləyən mağazaya təşrif buyurmaq istəyən ziyarətçi rəsmi saytda qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçənlərin mobil telefonuna kod göndərildikdən sonra hesab aktivləşir.

Müştəri hər hansı məhsulu aldıqdan sonra, pulu kassaya ödəməyə ehtiyac qalmır. O, məhsulun istehsal tarixini smartfondakı ştrixə yaxınlaşdıraraq hesabı avtomatik olaraq görür. Məhsulların qiyməti isə müştərinin bank hesabından çıxılır.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR