Almaniya millisi Bakıya itki ilə gəlir

Almaniya millisi Bakıya itki ilə gəlir
10:42 23 Mart 2017
119 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya millisi Verneri Bakıya gətirmir.

Milli.Az-ın apasport.az-a istinadən məlumatına görə, buna səbəb Timo Vernerin zədələnməsidi.
 
İngiltərə ilə dünən keçirilən yoxlama oyununda debüt edən hücumçu 1:0 hesablı qələbəyə sevinsə də, meydandan zədə üzündən ayrılıb. 77-ci dəqiqədə əvəzlənən futbolçunun düşərgədən ayrılmasına qərar verilib.
 
Əvəzində İngiltərəyə qarşı oynaya bilməyən Məsut ÖzilMario Qomes bu gün məşqlərə qoşulacaq. Baş məşqçi Yoahim Löv daha iki oyunçu - Sami Xedira Yulian Drekslerin də bərpa prosesini arxada qoyub, məşqlərə başlayacağına ümid edir.
 
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan - Almaniya oyunu martın 26-da keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR