İnsanın öz ölümünü proqnozlaşdırmağının yolu tapılıb

İnsanın öz ölümünü proqnozlaşdırmağının yolu tapılıb
10:43 23 Mart 2017
120 Digər
Ölkə mətbuatı
A- A+

Stokholm (İsveç) Universitetinin alimləri insanın öz ölümünü proqnozlaşdırmağın yolunu tapıblar.

Oxu.Az The Telegraph nəşrinə istinadən xəbər verir ki, tədqiqatın müəlliflərinin fikrincə, insanın həyatdan getməsinin “qasidi” iy bilme qabiliyyətinin itməsidir.

Mütəxəssislər 10 il ərzində 40-90 yaş arasında olan 1774 isveçli üzərində müşahidə aparıblar. Tədqiqatın əvvəlində vətəndaşlara 13 müxtəlif qoxunu müəyyən etmək üçün testdən keçməyi təklif ediblər.

Tədqiqatçılar belə qənaətə gəliblər, insanın ölüm ehtimalı onun qoxunu düzgün müəyyən etməsindən asılıdır. Orta hesabla bir səhv cavab ölüm riskini (tədqiqat müddətində) səkkiz faiz artması demək idi.

Alimlərin fikrincə, qoxuları düzgün müəyyən etmək qabiliyyəti beyinin sağlam fəaliyyətinin göstəricilərindən biridir. Ekspertlər hesab edirlər ki, bu qabiliyyətin pozulması birbaşa ölüm riskini artırır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/192214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR