Ukraynada ardıcıl partlayışlar, əhali təxliyyə olundu

Ukraynada silah-sursat anbarlarında partlayışlar baş verib.

Metbuat.az bildirir ki, partlayışlar Xarkov vilayətinin Balakleya şəhəri yaxınlığında qeydə alınıb.

Yerli icra hakimiyyətinin rəhbəri Stepan Maselski bildirib ki, bununla əlaqədar ətraf evlərin sakinləri təhlükəsiz yerlərə təxliyə olunub.

Ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR