"Leyptsiq"in futbolçusu Bakıda oynamayacaq

"Leyptsiq"in futbolçusu Bakıda oynamayacaq
10:57 23 Mart 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

"Leyptsiq" klubundan Almaniya yığmasına ilk dəfə çağırılmış futbolçu Tim Verner Azərbaycan milli komandasına qarşı 2018-ci il Dünya çempionatının seçmə qrup matçında çıxış edə bilməyəcək. Buna 21 yaşlı hücumçunun İngiltərə ilə yoldaşlıq görüşündə zədələnməsi səbəb olub.


Verner baldır əzələsindən aldığı zədə üzündən 77-ci dəqiqədə əvəzlənməli olub. Baş məşqçi Yoahim Löv zədənin ciddi olduğunu və gənc forvardın evinə yola salınacağını bildirib: "Vernerdən Azərbaycanla oyunda yararlana bilməyəcəyik".


Qeyd edək ki, Bundestim Azərbaycan millisi ilə martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək. Görüş saat 20:00-da başlanacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotleyptsiqquotin-futbolcusu-bakda-oynamayacaq-t57070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR