Almaniya millisi Bakıya qələbə ilə gəlir - VİDEO

Almaniya millisi Bakıya qələbə ilə gəlir -  VİDEO
10:57 23 Mart 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin "DÇ-2018"in seçmə mərhələsindəki rəqibi Almaniya yığması yoxlama oyunu keçirib.


Fanat.Az xəbər verir ki, Yoahim Lövün komandası Dortmundda İngiltərə millisi ilə qarşılaşıb. 


Görüş Bundestimin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna yığmada vida matçını keçirən Lukas Podolski imza atıb.


Qeyd edək ki, bu görüşdən 4 gün sonra - martın 26-ı Almaniya Bakıda millimizin qonağı olacaq.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-almaniya-millisi-bakya-qlb-il-glir-t57069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR