Rusiya Ermənistana hərbi texnika daşıyır...

Gürcüstan mediası sensasion məlumat yayıb.

Metbuat.az xəbər verir ki, “Newsgeorgia.ge” saytı Bolnisi rayonundan Ermənistana doğru hərəkət edən Rusiya dövlət nömrə nişanlı yük avtomobillərinin hərbi texnika daşıdığını yazıb.

Müxalif yönümlü “Vahid Milli Hərəkat” partiyasının lideri Nuqzar Tsiklauri prezident və dövlət qurumlarından sözügedən yükün hansı məqsədlə daşındığı barədə açıqlama tələb edib:

“Hazırda Bolnisi rayonunda olan dostlarımız mənə bildirdilər ki, həmin yük maşınlarının hərbi texnika daşıdığı ehtimal olunur”.

Nuqzar Tsiklauri əlavə edib ki, bu gün keçiriləcək Gürcüstan Milli Təhlükəsizlik Şurasının iclasında da bu məsələnin mütləq müzakirə olunmasını tələb edəcəklər.

Xəyalə Xatun / Metbuat.az





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR