"Almaniyaya qarşı oyunu səbrsizliklə gözləyirəm"

"Almaniyaya qarşı oyunu səbrsizliklə gözləyirəm"
11:27 23 Mart 2017
156 İdman
Ölkə mətbuatı
A- A+

Hamı məndən Azərbaycan millisini seçməyimin səbəbini soruşur. Azərbaycan mənim vətənimdir, valideyinlərim burada doğulub, ürəyim Azərbaycanla döyünür. Düşünürəm ki, bu yığmanı seçməklə düzgün qərar qəbul etmişəm.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunları millimizdə oynamağa razılıq verən Almaniyanın 17 yaşlılardan ibarət millisinin sabiq üzvü Renat Dadaşov deyib.

"CBC Sport"a açıqlama verən "Eintracht"ın 19 yaşlılardan ibarət komandasının üzvü millimizin DÇ-2018-in seçmə mərhələsində Almaniyaya qarşı keçirəcəyi oyuna da toxunub. Qarşılaşmada millimizin heyətində debüt etmək şansı olan Renat sevinc hissləri yaşadığını, komandada zədəli oyunçuların olmasına rəğmən, yaxşı nəticə əldə etmək üçün şanlarının olduğunu deyib:

"Almaniyaya qarşı keçirəcəyimiz oyun gününü səbrsizliklə gözləyirəm. Fikrimcə, öz oyunumuzu oynasaq, yaxşı nəticə əldə edə bilərik. 90 dəqiqə ərzində bütün bacarığımızı ortaya qoyacağıq. Nəticəni isə zaman göstərəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR