8 nəfər öldü, 60 nəfər xəstəxanaya yerləşdirildi - BAYRAM GÜNLƏRİNDƏ

8 nəfər öldü, 60 nəfər xəstəxanaya yerləşdirildi - BAYRAM GÜNLƏRİNDƏ
11:37 23 Mart 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bayram günlərində ölkədə baş vermiş yol qəzalarının statistikası açıqlanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, martın 22-də ölkə yollarında baş vermiş 9 yol qəzası 4 nəfərin ölümünə, 17 nəfərin isə yaralanmasına səbəb olub. Bərdədə iki avtomobilin toqquşması 2 nəfərin ölümü, daha 4 nəfərin xəsarət almasına, Cəlilabaddakı toqquşma isə 2 nəfərin ölümünə və 6 nəfərin yaralanmasına səbəb olub.

Bundan başqa, martın 21-də ölkə yollarında 9 yol qəzası nəticəsində 15 nəfər xəsarət alıb. Martın 20-də isə baş vermiş 9 yol qəzası 2 nəfərin həyatını itirməsi, 12 nəfərin isə xəstəxanaya yerləşdirilməsi ilə nəticələnib.
 
Martın 19-da baş vermiş 13 yol qəzasında isə 2 nəfər ölüb, 16 nəfər isə xəstəxanaya yerləşdirilib.
 
Ümumilikdə son 4 gündə ölkə yollarında baş vermiş qəzalar 8 nəfərin ölümü, 60 nəfərin isə yaralanmasına səbəb olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/528437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR