NATO hərbiçilərindən Suriyada növbəti qətliam - ŞOK

NATO hərbiçilərindən Suriyada növbəti qətliam - ŞOK
11:38 23 Mart 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın başçılıq etdiyi hərbi kooalisiya qüvvələri terrorçular əvəzinə, Suriyanın Rakka şəhərində 50 ailənin yaşadığı məktəb binasını bombalayıblar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, kooalisiya qüvvələrinə məxsus döyüş təyyarələri Rakkanın 30 kilometrliyində yerləşən Mansura bələdiyyəsi ərazisindəki məktəbi vurublar. Bombardman nəticəsində məktəb binası yerla yeksan olub, 40 nəfərdən çox dinc insan isə öldürülüb.

ABŞ Müdafiə Nazirliyi isə məktəbin səhvən vurulduğunu etiraf edib. Pentaqon sözügedən məktəbdə İŞİD terrorçularının olması barədə məlumat əldə etdiklərini bəyan edib.

2017-ci il martın 17-də ABŞ-ın başçılıq etdiyi kooalisiya qüvvələri paytaxt Hələbin Cina kəndində yerləşən məscidi bombalamışdı. Həmin vaxtı məsciddə sığınan 70 nəfər dinc insan həlak olmuşdu.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR