“Bizə müəyyən vaxt lazım idi” – Yoahim Löv

“Bizə müəyyən vaxt lazım idi” – Yoahim Löv
11:49 23 Mart 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

 

“Aydın idi ki, İngiltərə millisi daha fəal oynayır. Onlar ilk yarıda təkbətək mübarizələrdə daha enerjili idilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv deyib.

 

 

Martın 26-da Azərbaycan millisi ilə DÇ-2018-in seçmə oyununa çıxacaq Bundestimin çalışdırıcısı İngiltərə ilə dünən keçirilən yoxlama matçı haqda fikirlərini açıqlayıb: “Bizə müəyyən vaxt lazım idi ki, buna uyğunlaşaq. Futbolçularımız da oyunun gedişində bu ritmə uyğunlaşmağı bacardı. Düşünürəm ki, çox yaxşı matç alındı. Komandamıza həqiqətən də problem yaradan rəqibə qarşı oynamaq çox xoş idi”.

 

 

Qeyd edək ki, Almaniya millisi Dortmunddakı oyunda 1:0 hesablı qələbə qazanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270407

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR