Sami Yusif Bakıdakı konsertinə saat yarım gecikdi - FOTO

Sami Yusif Bakıdakı konsertinə saat yarım gecikdi - FOTO
11:52 23 Mart 2017
186 Şou
Ölkə mətbuatı
A- A+

Dünyaca məşhur müğənni Sami Yusuf Bakıya gəlib. 

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, ifaçı ötən gün Heydər Əliyev Sarayında konsert verib. Sami Yusuf gecəyə 1,5 saat gecikib.  

Tural Vəlizadənin təşkil etdiyi konsertdə S.Yusuf ilk olaraq "Ana" mahnısını səsləndirib. Tamaşaçılarla söhbətləri ilə də yadda qalan müğənni Azərbaycanı çox sevdiyini deyib. 

Sami konsertdə Azərbaycan mahnıları da oxuyub. Belə ki, o, "Küçələrə su səpmişəm" və "Sarı gəlin" mahnılarını səsləndirib.

Konserti izləməyə gələnlər arasında xalq artisti Faiq Ağayev, müğənnilər Tunar Rəhmanoğlu, Səbinə Əsgərova, Niyam Salami, Çinarə Məlikzadə, aparıcı hacı Nuran Hüseynov, prodüser Təranə Səmədova yer alıblar.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/528429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR