İnsanın adı onun ömrünün uzunluğuna necə təsir göstərir?

Alimlər insan ömrünün ona qoyulan addan asılı olduğunu sübut edə biliblər.

Tədqiqat üçün 1802-ci ildən 1970-ci ilədək Alabama, Missuri, İllinoys və Şimali Karolina ştatlarında yaşayan Afrika əsilli amerikalıların ölüm haqqında şəhadətnaməsi seçilib.

Alimlər ölüm haqqında sənədin araşdırılması zamanı qədim Bibliya adlarını daşıyan kişilərin adları Bibliya ilə bağlı olmayanlardan orta hesabla iki il çox yaşamaları kimi maraqlı faktı görüblər.

Maraqlıdır ki, Bibliya adlarını daşıyan adamlar ömrü boyu karyera pilləsində başlıca olaraq irəliləyə bilib, yaxud da rəhbər vəzifələri tutublar. Ola bilər ki, məhz bu fakt onlara daha uzun ömür yaşamağa imkan verib. Mütəxəssislər bunun səbəbini öyrənməkdə hələlik çətinlik çəkirlər, lakin fakt faktlığında qalır.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR