İlk kütləvi ölümlərin səbəbi

Vulkanlar antik dünyada ilk kütləvi ölümlərin səbəbi olub.

Bu nəticəyə Almaniya və Norveç alimləri gəliblər.

“Climatic Change” jurnalında məqalə ilə çıxış edən alimlər hesab edir ki, VI əsrdə dünyanı vuran kəskin soyuma, qıtlıq, aclıq və taunun ilk səbəbi iki güclü vulkanik püskürmə olub.

Püskürmələr haqqında demək olar ki, heç nə məlum deyil. Salnaməçilər yalnız 536-537-ci illərdə qeydə alınan “sirli bulud”u qeyd edirlər. “Sirli bulud” Aralıq dənizində Günəş işığını tutqunlaşdırıb. Həminki illərin ağac qabıqları məhsuldarlığın aşağı düşdüyünü deməyə əsas verir. Yalnız yaxın vaxtlarda tədqiqatçılar “tutqun” Günəşin səbəbləri haqqında biliblər. Onlar Qrenlandiya və Antarktidada vulkan məşəlinə aid kükürd izlərini tapdılar. Vulkanlar isə 536 və 540-cı illərdə baş verib.

Alimlər salnaməçilərin məlumatlarına söykənərək 536 və 540-cı illərdəki püskürmələrin iqlimə təsirinin modelini hazırlamağa çalışdılar. Onlar püskürmüş vulkanların təxmini yerini və kükürdün, həmçinin atmosferi çirkləndirən başqa hissəciklərin yayılmasını hesablayıblar. Alimlərin fikrincə, planetin Şimal yarımkürəsində bir neçə il temperatur orta hesabla iki dərəcə düşüb. Onlar qeyd edirlər ki, 536-546-cı illərdəki temperatur son iki min il ərzində ən soyuq illər idi.

Ancaq vulkanların dəqiq yeri hələ tapmaca olaraq qalır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR