İngiltərədə hamı ondan danışır - FOTO

İngiltərədə hamı ondan danışır - FOTO
12:23 23 Mart 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gün İngiltərədə baş verən terror olayı ilə bağlı bəzi detallar üzə çıxıb.

Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, parlament binasına həyata keçirilən hücum nəticəsində 5 nəfər ölüb, 40-a yaxın insan isə yaralanıb. Yaralılara yardım edən baş nazirin köməkçisi isə xüsusi diqqət çəkib.

Belə ki, İngiltərənin Orta Şərq üzrə xarici işlər nazirinin köməkçisi Tobbi Ellvudun terrorist tərəfindən yaralanan polis işçisinin həyatını qurtarmaq üçün ürək masajı etməsi və digər yaralalılara köməyi diqqətdən qaçmayıb. Ellvud çox çalışsa da, polis işçisinin həyatını qurtara bilməyib və buna görə dərin üzüntü yaşaması kameralara tuş gəlib.

İngiltərə mediası nazir köməkçisini "qaçmaq yerinə, yaralılara kömək etdi" şəklində təqdim edib.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR