Bacı-qardaş birlikdə intihar etdi - BAKIDA GÖRÜNMƏMİŞ HADİSƏ

Bacı-qardaş birlikdə intihar etdi - BAKIDA GÖRÜNMƏMİŞ HADİSƏ
13:23 23 Mart 2017
292 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Publika.az lent.az-a istinadən xəbər verir ki, martın 21-də gecə saat 01 radələrində "Şıx" çimərliyinin ərazisindəki sahildən Yasamal rayon sakinləri, 1957-ci ildə anadan olmuş Əliyev Rauf Təyyar oğlu və 1963-cü ildə anadan olmuş Səlimova Gülnar Təyyar qızının meyitləri aşkar olunub. Məlum olub ki, onlar özlərini dənizə ataraq intihar ediblər.

İntihar edən kişi ilə qadın bacı-qardaş olub. Bildirilir ki, R.Əliyev ruhi xəstə olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/192237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR