Amazon şahzadəsi "Diana Price"nin qəhrəmanlıq hekayəsindən bəhs edən "Wonder Woman" filminin baş rol ifaçısı aktrisa Qal Qadot ikinci övladını dünyaya gətirib.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, israilli aktrisa körpəsinə Maya adını verib.
Doğum sonrası ailə fotosunu Tvitter-dən paylaşan 31 yaşlı ulduz "Və artıq dörd nəfərik. Maya burada. Özümü çox xoşbəxt hiss edirəm" şərhini qeyd edib.
Qeyd edək ki, Yaron Versano ilə 2008-ci ildə ailə həyatı quran Qadotun 5 yaşında Alma adında bir qızı var.
Məhəmməd Vaqif
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində