"Bu, partlayışa səbəb olacaq" - Robert Prosineçki

"Bu, partlayışa səbəb olacaq" -   Robert Prosineçki
14:57 23 Mart 2017
144 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin baş məşqçsi Robert Prosineçki Almaniya ilə martın 26-da Bakıda keçirəcəyimiz oyunla bağlı danışıb. Fanat.Az xəbər verir ki, Almaniyanın "Kicker" nəşrinə açıqlanma verən xorvat mütəxəssis komanda olaraq mübarizə aparacaqlarını söyləyib: 


"Almaniya yığması hər zaman favoritdi. Biz yalnız əlimizdən gələni etməyəcə çalışacağıq. Almaniyaya uduzmasaq, bu, partlayışa səbəb olacaq. Əksər azarkeşlər bizim Rusiyada keçiriləcək mundiala vəsiqə qazanacağımızı düşünürlər. Lakin biz buna hazır deyilik".


Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20.00-da başlanacaq. Dörd turdan sonra "C" qrupuna 12 xala malik Almaniya başçılıq edir. Şimali İrlandiya və Azərbaycan hərəyə 7 xalla 2-3-cü yerləri bölüşdürür. Çexiya 5 xalla 4-cü, Norveç 3 xalla 5-ci pillədədi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbu-partlaya-sbb-olacaqquot-t57077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR