2,4 milyard insan yeməyi odunla bişirir

2,4 milyard insan yeməyi odunla bişirir
15:03 23 Mart 2017
97 Dünya
Ölkə mətbuatı
A- A+

BMT-nin Ərzaq və Kənd Təsəsrrüfatı Təşkilatının (FAO) “Beynəlxalq Meşələr Günü” münasibətilə növbəti hesabatını yayımlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hesabatda meşələrin məhv edilməsi ilə bağlı rəqəmlər açıqlanıb. Hesabatda deyilir ki, hazırda dünyada 2,4 milyard nəfərdən çox insan yemək bişirmək üçün odundan istifadə edir:

“Həmçinin, dünyada milyonlarla kiçik müəssisə və zavod yanacaq əvəzinə odun və kömürlə çalışır. Dünyada çay emalı, istilik sobası və kərpic istehsalı kimi bir çox sahələrdə enerji mənbəyi kimi odun və kömürdən istifadə olunur. Bu isə dünyada meşə ərazilərinin sürətlə məhv edilməsin səbəb olur”.

Hesabatın yekunu olaraq FAO dünya ölkələrini meşələri bərbpa etməyə çağırır.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR