Bakıda çürümüş kişi meyiti tapıldı

Bakıda çürümüş kişi meyiti tapıldı
15:05 23 Mart 2017
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda çürümüş kişi meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, martın 19-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində sinə nahiyəsində kəsilmiş-deşilmiş xəsarətləri olan çürüməyə məruz qalmış kişi meyiti tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi rayon Polis İdarəsi 7-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Əliyev tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/528494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR