Zərdabda yaşayış evində partlayış

Zərdabda evdə partlayış baş verib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, martın 20-də saat 20 radələrində Zərdab rayonunun Məlikli kəndində yaşayan Habil Qasımovun evinin mətbəxində təbii qazın sızmasından ani partlayış baş verib.

Nəticədə mətbəxin şüşələri sınıb, ev sahibinin oğlu Turqut, qohumları Yeganə Manaflı və onun nəvəsi Adəm Manaflı yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR