Evdə partlayış: 3 nəfər yandı - Azərbaycanda

Evdə partlayış: 3 nəfər yandı - Azərbaycanda
15:33 23 Mart 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Zərdabda evdə partlayış baş verib.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, martın 20-də saat 20 radələrində Zərdab rayonunun Məlikli kəndində yaşayan Habil Qasımovun evinin mətbəxində təbii qazın sızmasından ani partlayış baş verib.

Nəticədə mətbəxin şüşələri sınıb, ev sahibinin oğlu Turqut, qohumları Yeganə Manaflı və onun nəvəsi Adəm Manaflı yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/192256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR