Keçmiş deputatı belə güllələdilər

Xəbər verdiyimiz kimi, bu gün Kiyevdə atışma zamanı Rusiya Dövlət Dumasının sabiq deputatı Denis Voronenkov öldürülüb.

Metbuat.az xəbər verir ki, paytaxtın “Premier Palace” oteli yaxınlığında atışmada daha iki nəfər yaralanıb.

Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev Baş İdarəsinin rəisi Andrey Krişenok bildirib ki, silahlı toqquşamın hansı səbəbdən baş verdiyi araşdırılır.

Qeyd edək ki, hadisə yerinə gələn keçmiş deputatın həyat yoldaşı Mariya Maksakova huşunu itirib.

Oral Mədənçi / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR