Mağazadan saxta pullarla alış-veriş edən şəxslər ələ keçdilər

Mağazadan saxta pullarla alış-veriş edən şəxslər ələ keçdilər
15:52 23 Mart 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə sakinlərindən saxta əskinaslar götürülüb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, martın 21-də Şəmkir şəhəri 20 Yanvar küçəsində şəhər sakini Anar Məmmədova məxsus mağazaya gəlmiş Gəncə şəhər sakinləri Rufan Ələkbərov Cəlil Allahyarov sərinləşdirici içki alıb, ödəniş olaraq 20 manat pul veriblər.

Pulun saxta olduğunu və həmin şəxslərin qaçdığını görən mağaza sahibi səs-küy saldığından, R.Ələkbərov və C.Allahyarov həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulublar.

Onlardan 9 ədəd 20 manatlıq saxta əskinas və 1 ədəd bıçaq götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/528497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR