Bakıda Kempo üzrə ikinci Asiya oyunları keçiriləcək - FOTO

Bakıda Kempo üzrə ikinci Asiya oyunları keçiriləcək - FOTO
16:05 23 Mart 2017
108 İdman
Ölkə mətbuatı
A- A+

25-26.03.2017 tarixdə Bakı şəhəri Şağan OİK də Kempo üzrə ikinci Asiya oyunları keçiriləcək. Yarış Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Şurasının razılığı  ilə Azərbaycanda Kempo idman növünün təbliğatı ilə məşğul olan yeganə "Beynəlxalq Kempo Federasiyası"nın Azərbaycanda rəsmi səlahiyyətli nümayəndəsi olan "Toğrul" şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə keçirilir.

Yarış Kempo Full, Kempo Submişn Gi, Submişn NoGi, Semi, Self Defens, Kata versiyaları üzrə keçiriləcək. Yarışda Əfqanıstan, Hindistan, Çin, Pakistan, Gürcüstan, Kazaxstan və İran idmançılarının iştirakı gözlənilir. Yarışın açılış mərasimi 25.03.2017 tarixdə saat 14.30 da olacaq. Kempo təşkilatının rəhbəri, Azərbaycanda Beynəlxalq Kempo Federasiaysının rəsmi səlahiyyətli nümayəndəsi, əməkdar məşqçi Rauf İbrahimov qeyd edib ki, yarışın ilk birinci Asiya oyunları keçən il Hindistanda keçirilmişdir. Azərbaycan bu tədbiri ikinci olaraq öz üzərinə götürmüşdür. Bu yarış Asiya Kempoçuları arasında olan dostluq və əməkdaşlıq münasibətlərinə çox kömək edəcək.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR