Didye Droqba ikinci liqa klubunda

Didye Droqba ikinci liqa klubunda
16:17 23 Mart 2017
129 İdman
Ölkə mətbuatı
A- A+

Didye Droqba ilk dəfə aşağı liqa klubunda çıxış edəcək. Fanat.Az "Pioneer Press"ə istinadən xəbər verir ki, afrikalı ulduz karyerasını ABŞ-ın "Phoenix Rising" klubunda davam etdirəcək.


Bu klub Şimali Amerika liqasının ikinci dəstəsində çıxış edir. 39 yaşlı Droqba yeni klubunda "Çelsi"də birlikdə oynadığı ingilis futbolçu Şaun Vrigt-Fillipslə birlikdə top qovacaq.


Qeyd edək ki, Fransada "Le Man" və "Genqam" klublarında çıxış etmiş Droqba 2004-cü ildə "Marsel"dən "Çelsi"yə 38,5 milyon avroya transfer olunub. O, sonrakı illərdə Çinin "Şanxay Şenhua", Türkiyənin "Qalatasaray" və ABŞ-ın "Montreal Impact" klublarında top qovub. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-didye-droqba-ikinci-liqa-klubunda-t57079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR