Çörəkdən imtina edib arıqlamaq düzgün deyil

Hər bədən fərqli olduğu kimi, hər orqanizm də fərqlidir. Bəzi insanlar ət və digər ağır qidaları yeyərək çəki alır, bəziləri isə belə qidalardan ümumiyyətlə çəki almır. Bir çox insanın fikrincə, çəki artıran ən böyük səbəb çörəkdir. Belə insanlar çörəyi rasionlarından çıxarmaqla arıqlamağa çalışır.

Məsələ ilə bağlı həkim dietoloq Ləman Süleymanova Metbuat.az-a açıqlamasında deyib: “Bədəndə maddələr mübadiləsinin normal çalışması üçün zülal, yağ, karbohidrat, vitamin, mineral dövriyyəsini təmin etmək lazımdır. Buna görə də, duz, yağ, çörək kimi qidalardan tamamilə imtina etmək və yaxud həddindən artıq istifadə etmək düzgün deyil. Elə insan var ki, duzdan tamamilə imtina edir. Bu ürək-damar xəstəliklərinə gətirib çıxarır. Və yaxud bəzi insanlar duzdan həddindən artıq istifadə edir, bu da orqanizmdə problemlərə gətirib çıxarır. Hər şeyi qədərində istifadə etmək lazımdır”.

Arıqlamaq üçün çörəkdən tamamilə, imtina etmək düzgün deyil. Həkim dietoloq deyir ki, bədənimizdəki bəzi hormonlara lazım olan maddə məhz çörəyin tərkibindədir:

"Əgər biz çörəkdən imtina etsək, bu problemlərə gətirib çıxarar. Ən azı iki, üç ay çörəyi menyunuzdan çıxara bilərsiniz, sonra bədəninizdə həmin maddəyə ehtiyac yaranacaq və siz yenə çörək yeyəcəksiniz”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR