İslam oyunlarının açılışında bu xidmətlər pulsuz olacaq - SİYAHI

İslam oyunlarının açılışında bu xidmətlər pulsuz olacaq - SİYAHI
16:24 23 Mart 2017
128 Digər
Ölkə mətbuatı
A- A+

 

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək tamaşaçılara xüsusi diqqətimiz olacaq.

Lent.az-ın SalamNews-a istinadən xəbərinə görə, bunu Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib.

O deyib ki, biz istəyirik ki, oyunlar vaxtı dini əqidəsindən asılı olmayarq bütün tamaşaçılara diqqət yetirək: "Oyunların açılış mərasimi Bakı Olimpiya Stadionunda təşkil ediləcək. Açılış vaxtı stadiona gələcək tamaşaçıların qidalanması, ibadəti, o cümlədən onların rahatlığını təmin etmək üçün nəqliyyatın təşkil edilməsi nəzərdə tutulub".

Səfərov vurğulayıb ki, Avropa Oyunlarında olduğu kimi, İslam Həmrəyliyi Oyunlarında da biletlərin açılış qiyməti 20-200 manat arasında dəyişir. Ümumilikdə 500 min bilet satışa çıxarılıb. Bu günə kimi 20 min bilet satılıb. Hazırda da bilet satışı davam edir.

Qeyd edək ki, biletləri həm “Bakı-2017”nin rəsmi veb-səhifəsindən (www.baku2017.com/tickets), həm də “Park Bulvar”, “Gənclik” və “28 May” ticarət mərkəzləri də daxil olmaqla, paytaxtın müxtəlif yerlərində fəaliyyət göstərən 12 bilet satışı məntəqələrindən (“ASAN xidmət”in 5 məntəqəsi də daxil olmaqla), eləcə də oyunların keçiriləcəyi 17 yarış obyektində açılacaq bilet satışı kassalarından əldə etmək mümkündür.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR