Azərbaycanın EITI-dən çıxması "Cənub Qaz Dəhlizi" layihəsinə təsir edəcəkmi?

Azərbaycanın EITI-dən çıxması "Cənub Qaz Dəhlizi" layihəsinə təsir edəcəkmi?
16:32 23 Mart 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündən (EITI) çıxması "Cənub Qaz Dəhlizi"nə daxil olan layihələrin reallaşdırılmasına təsir etməyəcək.

Milli.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə "Cənub Qaz Dəhlizi" QSC-nin "Natural Gas World" jurnalında dərc olunan bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, bütün tərəfdaşlar layihənin maliyyələşdirilməsi üzrə öhdəlik götürüb: "İndiki investisiya xərcləri şəraitində bu rəqəm 43 milyard dollara bərabərdir".

"Cənub Qaz Dəhlizi" QSC hesab edir ki, beynəlxalq maliyyə təşkilatları ilə danışıqlarda əldə olunan nəticələri və investorlar tərəfindən səsləndirilən dəstəyi nəzərə alaraq, ölkənin EITI-dən çıxması "Cənub Qaz Dəhlizi" layihələrinin maliyyələşdirilməsi üçün xarici mənbələrdən vəsaitlərin cəlb olunmasına mane olmayacaq: "Azərbaycan Prezidentinin 2014-cü il 25 fevral tarixli fərmanına əsasən, Azərbaycan Dövlət Neft Fondu layihənin uğurla başa çatması üçün uzunmüddətli maliyyələşdirməni təqdim etməyə hazırdır".

"Cənub Qaz Dəhlizi" QSC bəyan edib ki, öz investorları üçün şirkətin avroistiqrazlarının yerləşdiyi İrlandiya fond birjası vasitəsilə illik audit maliyyə hesabatlarını təqdim etməkdə davam edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/528510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR