20 min bilet satılıb

20 min bilet satılıb
16:37 23 Mart 2017
114 İdman
Ölkə mətbuatı
A- A+

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək tamaşaçılara xüsusi diqqətimiz olacaq.


Fanar.Az xəbər verir ki, bunu salamnews-a açıqlamasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib.


O deyib ki, biz istəyirik ki, oyunlar vaxtı dini əqidəsindən asılı olmayaraq bütün tamaşaçılara diqqət yetirək: "Oyunların açılış mərasimi Bakı Olimpiya Statdionuda təşkil ediləcək. Açılış vaxtı statdiona gələcək tamaşaçıların qidalanması, ibadəti, o cümlədən onların rahatlığını təmin etmək üçün nəqliyyatın təşkil edilməsi nəzərdə tutulub".


Səfərov vurğulayıb ki, Avropa Oyunlarında olduğu kimi, İslam Həmrəyliyi Oyunlarında da biletlərin açılış qiyməti 20-200 manat arasında dəyişir. Ümumilikdə 500 min bilet satışa çıxarılıb. Bu günə kimi 20 min bilet satılıb. Hazırda da bilet satışı davam edir.


Qeyd edək ki, biletləri həm “Bakı-2017”nin rəsmi veb-səhifəsindən (www.baku2017.com/tickets), həm də “Park Bulvar”, “Gənclik” və “28 May” ticarət mərkəzləri də daxil olmaqla, paytaxtın müxtəlif yerlərində fəaliyyət göstərən 12 bilet satışı məntəqələrindən (“ASAN xidmət”in 5 məntəqəsi də daxil olmaqla), eləcə də oyunların keçiriləcəyi 17 yarış obyektində açılacaq bilet satışı kassalarından əldə etmək mümkündür.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-20-min-bilet-satlb-t57080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR