Balakəndə vətəndaşa məxsus tövlədə yanğın baş verib.
Metbuat.az bildirir ki, Balakən rayonu, Şambul kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 5 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.