78 yaşlı qadın döyüldü

78 yaşlı qadın döyüldü
17:37 23 Mart 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə 1939-cu il təvəllüdlü qadın döyülüb.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Şəmkir şəhər sakini Zəhra Məmmədova müxtəlif bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın mübahisə etdiyi şəxs tərəfindən döyülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/528517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR