Moldova MDB PA-nın iclasında iştirakdan imtina etdi

Moldova MDB PA-nın iclasında iştirakdan imtina etdi
17:43 23 Mart 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Moldova nümayəndə heyəti MDBParlamentlərarası Assambleyasının iclasında iştirak etməyəcək.

Publika.az APA-ya istinadən verdiyi məlumata görə, bunu Moldova parlamentinin spikeri Andrian Kandu deyib.

MDB PA-nın toplantısı gələn həftə Sankt-Peterburqda keçiriləcək.

"Rusiya hökumətinə göndərilən diplomatik notanı, habelə Rusiya XİN rəhbərinin müavini Qriqori Karasinlə müzakirələri və eyni zamanda Rusiya notasının analizini nəzərə alsaq da, Moskvadan rəsmi cavab almamışıq. Ona görə də daimi büronun iclasında məsələ ilə bağlı ciddi müzakirələr aparılıb. Məsləhətləşmələrdən sonra qərara alınıb ki, Moldova parlamentinin nümayəndə heyəti Sankt-Peterburqa getməsin", - A.Kandu vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR