Londonda törədilmiş teraktda 11 ölkənin vətəndaşı zərər çəkib

Londonda törədilmiş teraktda 11 ölkənin vətəndaşı zərər çəkib
17:47 23 Mart 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Baş naziri Tereza Mey Londonda törədilmiş terror aktında 11 ölkənin vətəndaşlarının zərər çəkdiyini bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Baş nazir bildirib ki, zərərçəkənlərin 12-si britaniyalı, 3-ü fransız, 2-si rumıniyalı, 4-ü Cənubi Koreya vətəndaşı, Polşa, İrlandiya, Çin, ABŞ və İtaliyadan hər birindən 1 nəfər və 2 nəfər də Yunanıstan vətəndaşlarıdır.

Qeyd edək ki, ötən gün Böyük Britaniyanın parlament binası yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər isə yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR