Qəza keçirən azərbaycanlı məşhurdan açıqlama

Avtomobil qəzası nəticəsində piyadanı vuran “A Glamour” moda evinin rəhbəri, tanınmış modelyer Afaq İsmayılzadə baş verən hadisə haqda özəl olaraq Metbuat.az-a danışıb.

Tanınmış modelyer hadisənin anidən baş verdiyini və buna görə də çox üzüldüyünü vurğulayıb:

“Bu cür xoşagəlməz hadisəni yaşamaq və yaşatmaq istəməzdim. Amma nə edək ki, biz heç nədən sığortalanmamışıq. Piyada ani olaraq yoluma çıxdı. Nə o xəsarət almaq istəyərdi, nə də mən onu vurmaq. Əsas odur ki, baş verənlərin məsuliyyətini daşıyıram və üzərimə düşəni edirəm. Qarşı tərəf anlayış göstərib, baş verən hadəsini olduğu kimi qəbul etdi. Üzüldüyümü gördü. Mən də təbii ki, onu xəstəxanaya çatdırdım və hazırda sağlamlığı üçün nə gərəklidirsə həyata keçirilir. Allah hər kəsi qorusun. Bu cür hadisələrdən uzaq olaq”

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR